Yanacaqdoldurma məntəqəsinə girdi, 1 milyon qazandı

15 May 2019 22:55

ABŞ-ın Şimali Karolina ştatının Şarlot şəhərində yanacaqdoldurma məntəqsinə girən kişi cekpot qazanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Stiven Floyd adlı şəxs benzinin pulunu verdikdən sonra ani lotereya bileti alıb. Bəxtini sınayan kişi 1 milyon ABŞ dolları qazanıb.

Lotereyanın saytında verilən məlumata görə, S. Floyd əsas uduşlardan birinə sahib olub. O, vergiləri ödədikdən sonra nağd məbləğlə evə dönüb.

Milli.Az