65 yaşlı azərbaycanlı beynəlxalq axtarışa verildi

15 May 2019 22:07

İnterpol qətldə təqsirləndirilən azərbaycanlı barədə beynəlxalq axtarış elan edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, 1954-cü ildə Gəncə şəhərində anadan olan Vaqif Həsənov qəsdən adam öldürməkdə təqsirləndirilib.

V.Həsənov barəsində başlanmış cinayət işinin istintaqından yayındığı üçün məhkəmə onun haqqında həbs qəti imkan tədbiri seçib.

O, İnterpol xətti ilə axtarışa verilib.

Milli.Az