Putin: Rusiya ABŞ-la dialoqa hazırdır, söz Vaşinqtonda...

15 May 2019 21:17

Rusiya ABŞ-la dialoqun təşkil olunmasına tam hazırdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O bildirib ki, bunun üçün rəsmi Vaşinqtonda zəruri daxili siyasi şərait mövcud olmalıdır:

"Biz dialoqa açığıq, iş bizdə deyil, iş bizim amerikalı tərəfdaşlarımızdadır. Onlarda siyasi şərait uyğun olan kimi, biz də öz növbəmizdə öhdəmizə düşən işləri görməyə hazırıq".

V.Putin ümidvar olduğunu bildirib ki, bu şərtlər tədricən yaranmaqdadır.

Milli.Az