Ana olan Natavandan yeni paylaşım - FOTO

15 May 2019 21:47

Bir neçə gün öncə oğlunu qucağına alan müğənni Natavan Həbibi İnstaqram hesabında izləyicilərinə səslənib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, ifaçı bu münasibətlə onu təbrik edən hər kəsə təşəkkür ünvanlayıb.

"Bizi təbrik edən hər birinizə təşəkkür etmək istəyirəm. Var olun, əzizlərim. Allah sizin ailələrinizi, balalarınızı qorusun. Amin" deyə, müğənni yazıb.

Qeyd edək ki, ifaçı, reper Dado ilə 2017-ci ildə ailə qurub. Cütlük oğullarına Zeyd adını verib.

Milli.Az