ABŞ-da abort qadağan edilə bilər

15 May 2019 19:49

ABŞ-ın Alabama ştatının senatorları hamiləliyin istənilən müddətində abortu qadağan edən qanun qəbul ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeni qanuna əsasən, hamiləlik hətta təcavüz nəticəsində baş vermiş olsa belə abortla dayandırmaq qadağan edilir.

Qanunu 25 senator dəstəkləyib, 6 senator isə sənədin əleyhinə səs verib. Həmin qanun layihəsi ştatın qubernatoru Key Aviyə baxılması üçün təqdim edilib. Onun bu qərarı dəstəkləyib dəstəkləməyəcəyi bilinmir.

Milli.Az