Bacısının ərini küçədə qətlə yetirən şəxsə ağır cəza - 15,5 il

15 May 2019 19:19

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Samir Ağakişiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Ağakişiyev 15 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il avqustun 20-də axşam saat 22:30 radələrində Bakının Yasamal rayonunda Ağakişiyev Samir Bəşir oğlu bacısının həyat yoldaşı, 1970-ci il təvəllüdlü Mustafazadə Faiq Fərhad oğlunu küçədə iki bıçaq zərbəsi ilə qətlə yetirib.

Qətli törədən şəxs könüllü olaraq polisə təslim olub.

Milli.Az