ABŞ sanksiyaları fonunda İranın neft hasilatı 1980-ci illərdən bu yana ən aşağı səviyyəyə düşə bilər.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu məlumat Beynəlxalq Energetika Agentliyinin hesabatında yer alıb. Məlumat görə, İranın sutkalıq neft hasilatı apreldə 130 min barrel azalıb. Beləliklə, İranın gündəlik neft ixracı mayda 1,3 milyon barrelə enib.
Müqayisə üçün bildirək ki, ötən ilin aprelində İranın gündəlik neft ixracı 2,6 milyon barrel idi.
Milli.Az