Baloğlan Əşrəfovdan Yusif Mustafayevə CANLI EFİRDƏ etiraz

15 May 2019 18:39

Əməkdar artist Yusif Mustafayevin "5-də 5" verilişində "Mən tənqidi də, təhqiri də qəbul edirəm" deməsi həmkarı Baloğlan Əşrəfovun narazılığına səbəb olub.

Milli.Az "ölkə.az"a istinadən xəbər verir ki, Əşrəfov Mustafayevə bildirib ki, belə açıqlamalar vermək yolverilməzdir:

"Yusif, təhqir başqa şeydir, cəzası da ayrıdır. Səninlə razı deyiləm".

Qeyd edək ki, Y.Mustafayev son günlər sosial şəbəkələrdə tənqid hədəfi olması barədə sualı cavablayarkən bu sözləri işlədib.

Milli.Az