“Putin, ümumiyyətlə, televizora baxmır” - Peskov

15 May 2019 18:10

Bu günlərdə Rusiyada keçirilmiş sorğu nəticəsində məlum olub ki, ölkə sakinlərinin 70%-i heç vaxt "Taxt oyunu" (Game of Thrones) serialına baxmayıblar.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, jurnalistlər bu sorğunun nəticələrinin elan edilməsindən sonra dövlət başçısı Vladimir Putinin həmin seriala münasibətini öyrənmək istəyiblər.

Cavab olaraq, prezidentin mətbuat katibi Dmitri Peskov deyib: "Prezident prinsip etibarilə televizora baxmır, yeganə istisna xəbərlərdir. Sadəcə olaraq, buna vaxtı olmur".

Milli.Az