Yunanıstanda ABŞ səfirinin malikanəsinə hücum - VİDEO

15 May 2019 14:55

ABŞ-ın Yunanıstandakı səfiri Cefri Payettanın yaşadığı malikanəyə hücum edilib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə CNN-in Yunanıstan xidməti informasiya yayıb.

Məlumata görə, səhər saatlarında motosikletlərlə səfirliyin yaxınlığındakı malikanəyə gələn təxminən 10 şəxs binaya boya şüşələri və tüstü bombaları atıb.

Hadisəni törətməkdə şübhəli bilinən 8 nəfər saxlanılıb.

Milli.Az