Ukrayna Rusiyaya qarşı sanksiyaları artırdı

15 May 2019 16:57

Ukrayna Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Vladimir Qroysman Nazirlər Kabinetinin iclasında məlumat verib.

Sanksiyalar müəyyən növ sənaye malları, mineral gübrələr, kənd təsərrüfatı məhsulları, nəqliyyat vasitələrinə şamil olunub.

Baş Nazirin birinci müavini Stepan Kubiv isə bildirib ki, rus mənşəli mallara əlavə vergi rüsumu 1 avqustdan etibarən tətbiq olunacaq.

Milli.Az