Avstraliyada son 12 ildə ilk dəfə...

15 May 2019 22:34

Avstraliya Kənd Təsərrüfatı və Su Resursları Nazirliyi son 12 il ərzində ilk dəfə buğda idxalına icazə verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, buğda qitəyə altı-səkkiz həftə ərzində Kanadadan gətiriləcək.

İdxal üçün icazə uzun sürən quraqlıqdan sonra ölkədə dənli bitki məhsullarının nəzərə çarpacaq dərəcədə azalması səbəbindən verilib. Avstraliyada ekstremal quru hava şəraiti bu il də davam etdiyindən yerli fermerlər dənli bitki sahələrini azaltmaq və ya əkini yağışlar yağana qədər təxirə salmaq məcburiyyətində qalıb.

Milli.Az