“Sabah” 5 futbolçu ilə yollarını ayırdı

15 May 2019 16:07

"Sabah" klubu 5 futbolçusu ilə vidalaşıb.

Milli.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Vanderson Silva, Tərlan Əhmədli, Bəxtiyar Soltanov, Novruz Məmmədov və Tərzin Cahangirov göndərilib. Futbolçuların başa çatan müqavilələri yenilənməyib.

Qeyd edək ki, "Sabah" Premyer Liqanın son mövsümünü 7-ci pillədə başa vurub.

Milli.Az