"Keşlə"də yeni müqavilə

15 May 2019 15:58

"Keşlə" komandası kapitanı Slavik Alxasovla müqavilənin müddətini uzadıb. 

Milli.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ilə yeni sözləşmə 1+1 şərti ilə imzalanıb. 
 
Qeyd edək ki, "Keşlə"nin kapitanı Kamran Ağayev zədəli olduğu müddətdə "sarğı"nı Slavik Alxasov daşıyıb. O, 2016-cı ildən paytaxt təmsilçisinin şərəfini qoruyur. 

Milli.Az