Sabiq müttəhim Kann festivalının ulduzu oldu - FOTO

15 May 2019 17:02

Fransanın Kann şəhərində keçirilən beynəlxalq kinofestivala qatılan aktyorlar, aktrisalar, rejissorlar və milyonçularla milyarderlər arasında qəfil "ulduz" da vardı.

Milli.Az TMZ-yə istinadən bildirir ki, o, 35 yaşlı amerikalı Ceremi Miks idi. Amerikalı Miks həbsdə, polis idarəsində çəkilmiş fotosu sosial şəbəkələrdə yayılandan sonra məşhurlaşıb.

O, Kann kinofestivalında model, 28 yaşlı Andrea Sasunu müşayiət edirdi.

C.Minsk milyarder Filipp Qrinin qızı Xlo Qrinlə qeyri-rəsmi nikahdadır. Həmin nikahda oğul da doğulub.

Milli.Az