Əli Sarpər Neclaya evlilik təklifi edir. Neclanın Əli ilə münasibətləri qardaşı Şevketlə arasındakı münasibətləri tamamilə korlayır. Əli Rza bəy Hayriyyə xanımın "evə qayıt" israrları nəticəsinə boşanmaq həddinə çatır. 40 illik evliliklərinin bitmək üzrə olduğu bir vaxtda Hayriyyə xanımı maşın vurur. Aralarındakı buzlar əriməyə başladığı bir vaxtda Tahsin xəyanətini Fikrətə açıqlayır.
Hayriyyə xanımı maşınla vuran Fərhundədirmi? Necla Əli Sarpərin təklifini qəbul edəcəkmi? Hayriyyə xanım sağalacaqmı? Bu sualların cavabı "Yapraq dökümü"nün aprelin 14-də yayımlanacaq 150-ci seriyasında...