Selena Qomes Kannda debüt etdi - FOTO

15 May 2019 14:59

Fransanın Kann şəhərində başlanmış ənənəvi beynəlxalq kinofestivalın iştirakçıları arasında amerikalı müğənni və aktrisa Selena Qomes də var.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 26 yaşlı aktrisa festivalda nümayiş olunacaq "The Dead Don't Die" filmində baş rollardan birini oynayır. Filmin rejissoru Cim Carmuşdur.

"Qırmızı xalı"da Selena Qomes bəyaz "Louis Vuitton" donunda idi. O, "Bvlgari" brendinin zinət əşyalarını taxmışdı.

Lentdə çəkilmiş 58 yaşlı Tilda Suinton və 44 yaşlı Xlo Sevinyi də Selena ilə birlikdə "Palais des Festivals"da idilər.

Milli.Az