Bakıda restoranda yanğın - FOTO

15 May 2019 11:19

11:19

Bakıda Nəsimi rayonu, 4-cü mikrorayon, 20 yanvar küçəsində "Pioneer Lounge" restoranında baş vermiş yanğın söndürülüb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Fövqaladə Hallar Nazirliyindən məlumat veribilər. Qeyd olunub ki, hadisədə xəsarət alan olmayıb.

Bildirək ki, bu gün səhər saatlarında "Pioneer Arena" stadionunun binasının sonuncu mərtəbəsində yerləşən "Pioneer Lounge"da yanğın baş verib. Hadisə yerinə bir neçə yanğınsöndürən maşın cəlb olunub.

---------
11:12

Bakının Nəsimi rayonunda tanınmış restoranlardan birində yanğın baş verib.

Milli.Az baku.ws-ə istinadla xəbər verir ki, hadisə bu gün səhər saat 09:30-da 20 Yanvar küçəsində yerləşən "Pioner Arena" binasında yerləşən "Pioner Lanç" restoranında qeydə alınıb.

Hadisə yerinə 3 yanğınsöndürən maşını, yanğınsöndürənlər və xilasedicilər cəlb olunublar. Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az