2030-cu ildən gəldiyini dedi, göstərdiyi maddə dünyanı ŞOKA SALDI - VİDEO

15 May 2019 23:15

2030-cu ildən gəldiyini iddia edən Nuh adlı zaman səyyahı sosial şəbəkədə bir maddəni nümayiş etdirib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, bu paylaşımdan sonra böyük müzakirələr başlayıb. Nuh sosial şəbəkədə gələcəkdən gətirdiyi, jelə bənzəyən bir qara maddəni nümayiş edib. O, bildirib ki, bu maddə insanlara şəfa verir və istehsal fəaliyyətlərində istifadə edilir.

Nuh bildirib ki, bu maddə 6G internet siqnalları ilə işə düşür və bu səbəbdən hazırda maddədən lazım olduğu kimi istifadə edə bilmir. Amma sosial şəbəkə istifadəçilərinin bir çoxu ona inanmayıb. Bir çox izləyici nano texnologiya kimi nümayiş etdirilən maddənin saxta olduğunu yazıb.

Bununla yanaşı, Nuhun ABŞ-la bağlı proqnozları düz çıxmışdı. O, 2019-cu ilin ilk aylarında dünyada UNO ilə bağlı xəbərlərin çoxalacağını, ABŞ-ın orta qərb ştatlarında şiddətli soyuqların düşəcəyini demişdi. Həqiqətən də ABŞ-ın mərkəzi ştatlarında son illərin ən sərt qış mövsümü olmuşdu.

Milli.Az