"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Türkiyə klubundan ayrıldı

15 May 2019 12:14

Türkiyənin "Kasımpaşa" klubu baş məşqçisi Mustafa Dənizli ilə yollarını ayırıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.

70 yaşlı mütəxəssis öz istəyi ilə postundan ayrılıb. O, komandanın cari mövsümdə uğur qazana bilməməsini əsas gətirərək, istefa verib.

Dənizli "Kasımpaşa"nı 2018-ci ilin oktyabrından etibarən çalışdırırdı. Sözügedən komanda 32 turdan sonra Super Liqada 38 xalla 13-cü pillədə qərarlaşıb.

O, 2013/14 mövsümündə "Xəzər Lənkəran"ın baş məşqçisi olub.

Milli.Az