Bakıda meymun onunla şəkil çəkdirən gəncin qulağını qopardı

15 May 2019 10:22

Bakıda şəkil çəkdirmək istəyən şəxsin qulağını meymun dişləyib.

Hadisə Nizami küçəsində baş verib.

Milli.Az-ın ONA-ya istinadla verdiyi məlumata görə, 23 yaşlı Məmmədov Emil Şamxal oğlu meymunla şəkil çəkdirib. Bu zaman meymun onun sol qulağını dişləyərək bir hissəsini qoparıb.

Yaralı gənc 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Onun qulağı cərrahi əməliyyatla tikilib.

Milli.Az