"Biz kosmosa yollananda..."

15 May 2019 08:52

Kosmosda əməkdaşlıq ABŞ və Rusiya arasında qarşılıqlı fəaliyyət üçün müsbət kanaldır.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunuABŞ Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) rəhbəri Ceyms Braydenstayn deyib.

C.Braydenstayn bildirib: "Biz kosmosa yollananda Yerdəki mövcud fikir ayrılıqları aradan qalxır. Mən düşünürəm ki, bu hər iki ölkə üçün qarşılıqlı fəaliyyətin müsbət kanalıdır".

NASA-nın rəhbəri qeyd edib ki, biz qəsdən hərbi əməliyyatların keçirilməsində iştirak etmirik, çünki bütün dünyada əməkdaşlarımızın olmasını istəyirik: "Biz "Apollon" proqramı vaxtlarından Rusiya ilə əməkdaşlıqda maraqlıyıq".

Milli.Az