İstanbulda yaşayış kompleksinin istinad divarı çöküb

14 May 2019 22:41

İstanbulun Başakşehir rayonunda yaşayış kompleksinin istinad divarı çöküb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hadisə zamanı yoldan keçən avtomobil dağıntılar altında qalıb. Bölgəni toz-duman bürüyüb.

İlkin məlumata görə, hadisə nəticəsində dağıntılar altında qalmış bir vətəndaş yaralı halda xilas edilib. Bölgəyə təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az