"Bentley" avtomobilini tanka çevirən bu zəngin kimdir... - VİDEO

14 May 2019 18:54

Tanınmış rus bloger Konstantin Zarutski Britaniya istehsalı olan "Bentley" lüks avtomobilinin tırtıllı versiyasını yaradıb.

Milli.Az Virtualaz.org-a istinadən xəbər verir ki, artıq komandası ilə birlikdə hazırladığı "Ultratank" adlanan proyektin test-drayvını edən bloger öz "Youtube" səhifəsində bu zaman çəkilən video görüntüləri yerləşdirib.

"Ultratank" layihəsi üçün tanklarda və tırtıllı traktorlarda istifadə olunan xüsusi konstruksiyadan istifadə olunub. Blogerin sözlərinə görə, avtomobildə əyləc hələ ki yoxdur, ancaq sınaq zamanı tormozlamaq sükanın döndərilməsi ilə mümkün olub.

Beləliklə, yeni yığılmış "Bentley-tank" internet-istifadəçilərini valeh edib. Britaniya nəşri "Daily Mail" də "Ultratank"la bağlı geniş yazı hazırlayıb. 

Milli.Az