Bu barədə Nəsimi rayon Polis İdarəsindən bildirilib.
Hadisə bu gün rayonun Ə.Quliyev küçəsi 96, mənzil 3-də qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayan Gəncə şəhər sakini, 23 yaşlı Aytəkin Əhmədova yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb. Onun meyiti bu gün saat 10.00 radələrində aşkar edilib.
Hazırda Nəsimi rayon Prokurorluğunun əməkdaşları hadisə yerində araşdırma aparır.