"Azərsu" işçi axtarır
20 Oktyabr 2011 15:22
Qurumun mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, işçi qəbulu Quba, Şəmkir, Mingəçevir, Ucar, Zərdab, Kürdəmir, Hacıqabul, İmişli, Biləsuvar, Lənkəran və Qax rayonları üçün elan olunur.
- Su təchizatı və kanalizasiya
- Hidrotexniki qurğuların tikintisi
- Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi
- Hidrogeologiya mühəndisliyi
- Elektrik mühəndisliyi
- Mexanika mühəndisliyi
- Kimyaçı
- Ekologiya mühəndisliyi
Göstərilən ixtisaslara malik olan və adıçəkilən şəhərlərdə yaşayanlar sənədlərini [email protected] elektron ünvanına göndərə və ya (012) 431-49-77 nömrəli telefonla əlaqə saxlaya bilərlər. İşə qəbul müsabiqə əsasında həyata keçiriləcək.
Milli.Az