Xiaomi Mi Band 4-ün render fotosu

16 May 2019 21:40

Artıq heç kim üçün sirr deyil ki, Xiaomi şirkəti məşhur Mi Band fitnes qolbaq modelinin dördüncü nəsli üzərində çalışır. İndi isə sözügedən qolbağın render fotoları ortaya çıxıb. Bu barədə Slashleaks saytına istinadən Gagadget saytı xəbər verib. Beləliklə xarici görünüşcə Mi Band 4 qolbağı Hey+ Band-a bənzəyir.

Milli.Az technote.az-a istinadən bildirir ki, yeni model rəngli ekran kapsulunu əldə edəcək. Həmin rəngli ekran kapusulunu isə öz növbəsində silikon materialdan hazırlanmış kəmərə taxmaq lazım gələcək.

Rəngli ekranın altında idarəetmə düyməsi yerləşir. Bundan əlavə olaraq render fotolarından birində Xiaomi şirkətinin səsli köməkçisini də görmək olar. Lakin çox güman ki, o yalnız Çində çalışacaq. Qeyd etmək lazımdır ki, dördüncü nəsil Mi Band qolbağı iki versiyada təqdim olunacaq: NFC modul ilə və NFC modulsuz. Qolbaq həmçinin Bluetooth 5.0 özəlliyinə və yeni şarj cihazına sahib olacaq. Mi Band 4-ün rəsmi təqdimat tarixi məlum deyil. Lakin güman edilir ki, o, yay fəslinin əvvəlində baş tutacaq.

Milli.Az