Cem Yılmaz yenidən evlənir

14 May 2019 17:21

Türkiyəli məşhur şoumen Cem Yılmaz evlənməsi ilə bağlı xəbərləri təsdiqləyib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə "Söylemezsem olmaz" proqramında məlumat verilib.

Bildirilir ki, Cem uzun müddətdir sevgi münasibəti qurduğu Dəfnə Samyeli ilə evlənir. Cütlüyün toyu yaxın aylarda baş tutacaq.

Qeyd edək ki, Cem Yılmazın öncəki evliliyindən bir oğlu, Dəfnənin isə iki qızı var.

Milli.Az