Biləsuvarda “Mitsubishi” aşdı: sürücü öldü - FOTO

14 May 2019 12:30

Bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun 98,5-ci kilometrində, Biləsuvar rayonunun ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini, 47 yaşlı Elman Fəxrəddin oğlu Cəfərov idarə etdiyi 01 CA 287 dövlət nömrə nişanlı "Mitsubishi Alto" markalı minik maşınını aşırıb.

Hadisə nəticəsində sürücü aldığı xəsarətlərdən qəza yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az