Kazan hava limanı evakuasiya olunub

14 May 2019 08:38

"Kazan" beynəlxalq hava limanının əməkdaşları və sərnişinlər minalanma haqqında xəbərdən sonra evakuasiya olunublar.
 
Milli.Az oxu.az-a istinadən bildirir ki, təyyarələrdən birinin komandiri hava gəmisinin minalanması haqqında xəbər aldığını bildirib.
 
Heyət və sərnişinlər nəqliyyat təhlükəsizliyi planına əsasən evakuasiya olunublar.
 
Xüsusi xidmətlərin keçirdiyi yoxlamalardan sonra hava limanı öz işini davam etdirib.
Milli.Az