Türkiyəli səfir FETÖ-cünü görüb iftarı yarımçıq tərk etdi - VİDEO

13 May 2019 21:38

Türkiyənin Bişkekdəki səfiri Çingiz Kamil Fırat qatıldığı iftarda FETÖ üzvünü görüncə süfrədən qalxıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Qırğızıstanda Bişkek müftiliyi tərəfindən iftara dəvət olunan Fırat qonaqlıqda FETÖ-cü Orxan İnandanı görüb. "Terroristlərlə eyni masa arxasında əyləşmərəm" deyən səfir sərt reaksiya göstərərək iftar qonaqlığını yarımçıq tərk edib. O, məclis təşkilatçılarına gedərkən bunları deyib:

"Biz burada 35 milyon dollara məscid tikdiririk, siz bizi terrorçularla eyni süfrədə oturdursunuz. FETÖ-cü birini bura necə çağırırsınız? Ramazanda belə edərlərmi? Ya Türkiyəni, ya da terror təşkilatını seçməlisiniz. Türkiyə Cümhuriyyəti ilə terrorçunu eyni yerə qoyursunuz. Bu insan müsəlman deyil. Prezidentimizə söyləyəcəm".

Milli.Az