Tehranda tələbələr hicaba qarşı etiraz ediblər

13 May 2019 21:51

Tehran Universitetinin tələbələri İran universitetlərində məcburi hicab geyinilməsinə qarşı etiraz aksiyası keçiriblər.

Milli.Az Oxu.az-a istinadən bildirir ki, yüzlərlə tələbə universitetin həyətində toplaşaraq etiraz ediblər.

Tələbələr əllərində "Bizim seçim hüququmuz var!" və "Ölüm alçalmaqdan yaxşıdır!" kimi şüarlar yazılan plakatlar tutublar.

Etiraz aksiyasına hüquq-mühafizə orqanlarının əməkdaşları müdaxilə ediblər. 

Bu zaman islahatçı tələbələrlə mühafizəkar tələbələr arasında mütəmadi olaraq toqquşmalar baş verib. Mühafizəkarlar aksiyanın keçirilməsinə mane olmağa çalışıblar, iştirakçıları qanunlara riayət etməyə və universiteti tərk etməyə çağırıblar.

Milli.Az