Qonşuluğumuzda zəlzələ oldu

13 May 2019 19:54

İranda 4,1 bal gücündə zəlzələ baş verib. 

Milli.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, zəlzələ Fars əyalətinin Künartahta rayonunda olub.

Hadisə bu gün yerli vaxtla 10.11-də yerin 18 kilometr dərinliyində qeydə alınıb. Dağıntı və tələfatla bağlı hələlik məlumat verilmir.

Milli.Az