Çingiz Norveçdə 3-cü oldu

13 May 2019 15:13

Norveçin ictimai kanalında yayımlanan "Adresse Tel -Aviv" proqramında Azərbaycanın "Eurovision" təmsilçisi Çingiz Mustafayev üçüncü olub. 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verrir ki, verilişdə beynəlxalq layihədə iştirak edən 41 ölkə nümayəndəsi müzakirəyə çıxarılıb və səslər verilib. Səsvermə zamanı Kipr 92, İtaliya 85, Azərbaycan isə 85 xal toplayıb.

Qeyd edək ki, Çingiz Finlandiyada keçirilən səsvermə zamanı da 3-cü olmuşdu.

Milli.Az