Respublika Kinematoqrafçılar İttifaqı Litva səfirliyi ilə birgə tədbir keçirəcək

13 May 2019 15:35

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Litvanın Azərbaycandakı səfirliyi birgə tədbir təşkil edəcək.

İttifaqın Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə may ayının 15-də "CinemaPlusAzərbaycan" kinoteatrında keçiriləcək tədbirdə Litvanın tanınmış kinorejissoru Mindaugas Survila ilə görüş olacaq. Görüşdən sonra rejissorun "Древний лес"(Qədim meşə) filmi nümayiş etdiriləcək.

Tədbir 15 may tarixində saat 19:00 da baş tutacaq.

Milli.Az