Türkiyə tarixində ilk - "Denizkurdu-2019"

13 May 2019 15:54

Türkiyədə ölkə tarixində ilk dəfə ən genişmiqyaslı hərbi-dəniz təlimləri başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu təlimlər "Denizkurdu-2019" adı altında aparılır.

Təlimlər eyni vaxtda 3 dənizdə keçirilir - Qara, Egey və Aralıq dənizi.

Ümumilikdə bu hərbi-dəniz təlimlərində 131 gəmi, eləcə də 57 təyyarə və 33 helikopter iştirak edir.

Bildirilir ki, "Denizkurdu-2019" mayın 25-dək davam edəcək.

Milli.Az