Tarkan ilk dəfə qızının FOTOlarını paylaşdı

13 May 2019 12:43

Müğənni Tarkan dünənki Analar günü münasibəti ilə ilk dəfə olaraq qızının fotosunu instaqram-da paylaşıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, meqa ulduz anası Neşe Tevetoğlu və həyat yoldaşı Pınar Tevetoğlunun Analar gününü təbrik edib.

Anası ilə fotosunu paylaşan Tarkan "Canım anam. Nə əziyyətlərlə, çətinliklərlə və fədakarlıqlarla böyütdün balalarını. Haqqın ödənməz. Neçə belə Analar gününü birlikdə qeyd edək, inşallah. Səni çox sevirəm. Həmçinin bütün anaların da Analar gününü bütün qəlbimlə təbrik edirəm" qeydini edib.

Daha sonra ifaçı xanımı Pınar Tevetoğlunu da təbrik edib:

"Səni unutduğumu zənn etmə, Pınarım. İlk analar günün mübarək olsun, canım mənim. Mən və Liya səni çox sevirik".

Milli.Az