Bu ölkədə 500-ə yaxın MSK işçisi səslərin hesablanmasından sonra ölüb

13 May 2019 09:12

İndoneziyada Mərkəzi Seçki Komissiyasının (MSK) 500-ə yaxın əməkdaşı səslərin hesablanmasından sonra dünyasını dəyişib. Ölkənin Səhiyyə Nazirliyi MSK əməkdaşlarının əksəriyyətinin ölümünə iflic və infarktın səbəb olduğunu bildirib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, nazirliyin məlumatına görə, seçkilərdən sonra bütün ölkə üzrə 496 əməkdaş dünyasını dəyişib. Ölüm hallarının çoxu (131) Qərbi Cava əyalətində qeydə alınıb.

MSK, öz növbəsində, bildirir ki, ölənlərin təqribi yaş həddi 50-70 arasında olub.

Hazırda 2500-dən çox insan xəstəxanalarda müalicə alır.

Milli.Az