Pompeo Moskvaya səfərini təxirə salıb

13 May 2019 08:26

ABŞ dövlət katibi Mayk Pompeo Rusiyanın paytaxtı Moskvaya səfərini təxirə salıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentindən bildiriblər.

Dövlət Departamentinin məlumatına əsasən, M.Pompeo bu gün Moskvaya səfər etmək əvəzinə Belçikanın paytaxtı Brüsselə yollanacaq.

Bildirilir ki, dövlət katibi orada Avropa İttifaqının nümayəndələri ilə İran məsələsini müzakirə edəcək.

Qeyd edilir ki, M.Pompeo mayın 14-ü Rusiyanın Soçi şəhərinə səfər edəcək və orada bu ölkənin xarici işlər naziri Sergey Lavrov ilə görüşəcək.

Milli.Az