Kıvanç da Burak kimi 2 milyon qazanacaq

12 May 2019 18:17

Küveytdə 80 qadın pərəstişkarı ilə yemək yeyən və bundan 2 milyon lirə qazanan Burak Özçivitdən sonra aktyor Kıvanç Tatlıtuğa da eyni təklif gəlib.

Milli.Az Axşam.az-a istinadən bildirir ki, ərəb pərəstişkarları bu dəfə Tatlıtuğu qonaq etmək istəyir.

Son günlər "Çarpışma" serialındakı obrazı ilə sevilən aktyor Şərk ölkələrində milyonlarla pərəstişkar toplayıb. Əgər Tatlıtuğ təklifi qəbul edərsə, 2 milyon lirə qazanacaq.

Milli.Az