Rusiyada Ermənistandan gələn avtobus aşdı

12 May 2019 13:17

Ermənistandan Rusiyanın Omsk şəhəri istiqamətinə gedən avtobus Stavropol diyarında aşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, nəticədə üç nəfər xəsarət alıb.

Qəza bu gün səhər Sovetski şəhər dairəsində Nina yaşayış məntəqəsinin yaxınlığında baş verib.

Məlumata əsasən, Yerevandan gələn Nissan Elgrand markalı mikroavtobusda səkkiz nəfər olub, onlardan üçü xəsarət alıb.

Avtobusun bütün sərnişinləri Ermənistan vətəndaşıdırlar. Hadisə yerində fövqəladə hallar xidmətinin nümayəndələri çalışır.

Milli.Az