Həftənin ilk iş gününün HAVAsı

12 May 2019 12:17

Bakı və Abşeron yarmadasında mayın 13-ə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata əsasən, hava Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq.

Lakin axşam qısamüddətli yağış yağacağı ehtimalı var.

Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  gecə 14-17° isti, gündüz  22-27° isti,

Bakıda gecə 15-17° isti, gündüz  25-27°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi  762 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət   gecə  70-80 %, gündüz 45-50 % olacaq.   

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağışda fasilə olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi  axşam mülayim qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-18° isti, gündüz  23-28° isti, dağlarda gecə 5-10°  isti,  gündüz  13-18°  isti təşkil edəcək. 

Milli.Az