Gürcüstanda toy karvanında dəhşətli qəza

11 May 2019 22:03

Gürcüstanda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Xaşuri-Borjomi yolunda toy karvanında olan iki avtomobil toqquşub.

Nəticədə 8 nəfər xəsarət alıb. Onlar Xaşuri xəstəxanasına yerləşdirilib.

Xəsarət alanlardan 7 nəfər yeniyetmədir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az