İran nüvə sazişi: yeni böhranı necə yarandı?

11 May 2019 19:09

İran və dünya gücləri arasında imzalanmış nüvə sazişi görünür məhvə sürüklənməkdədir.

Bu yazıda mövcud gərginlik və inamsızlıqdan bəhs edilir.

Razılaşmanın məğzi nədir?

İranın nüvə ererjisi proqramından nüvə silahının hazırlanması üçün istifadə etdiyi ilə bağlı şübhələr BMT, ABŞ və Avropa İttifaqını bu ölkəyə qarşı sanksiyalar tətbiq etməyə vadar etmişdi. Bu qüvvələr İranı həssas nüvə fəaliyyətindən geri döndərməyə çalışırdılar.

İran həmişə nüvə proqramının sülhpərvər olduğunu iddia edib. 2015-ci ildə bu ölkə ilə ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya arasında saziş imzalanıb.

İranın Atom Enerji təşkilatının rəhbəri Əli Əkbər Salehi Prezident Həsən Ruhaniyə nüvə texnologiyasını göstərir.İran prezidenti Həsən Ruhani (sağdan ikinci) deyir ki, nüvə sazişini tərk etmək niyyətində deyil

Sazişə görə nüvə silahlarının hazırlanması üçün istifadə edilən uranın zənginləşdirilməsi məhdudlaşdırılmalı; bomba hazırlamaq üçün əlverişli olan plutoniumun olduğu ağır-su reaktoru yenidən dizayn edilməli; və bu prosesə daim beynəlxalq nəzarət həyata keçirilməli idi.

Əvəzində isə sanksiyalar aradan qaldırılmış və İran hökumətinin əsas gəlir mənbəyi olan neft ixracatına icazə verilmişdi.

Yeni böhrana səbəb nə olub?

ABŞ prezidenti Donald Trump administrasiyası 2018-ci ildə sazişi tərk edərəksanksiyaları bərpa edib. Noyabr ayında İranın neft və maliyyə sektorlarını hədəf alan sanksiyalar tətbiq edilməyə başlayıb.

Bu isə öz növbəsində İranda iqtisadi böhrana və güclü inflyasiyaya səbəb olub.

İran isə buna cavab olaraq razılaşma ilə nəzərdə tutulmuş öhdəliklərindən imtina etməyə başlayıb.

Tehranda ABŞ-a qarşı şüarlarFotonun müəllifiEPAImage captionİran ilə ABŞ arasında gərginlik Trump hakimiyyəti dövründə başlayıb

Sazişə imza atmış digər beş ölkə 60 gün ərzində İranın neft satışını ABŞ sanksiyalarından qorumaq qərarına gəliblər.

Əks halda İran uranın zənginləşdirilməsi məhdudiyyətlərini aradan qaldıra və ağır-su reaktorunun yenidən qurulmasını dayandıra bilər.

Mayın 9-da Avropa İttifaqı, Britaniya, Fransa və Almaniya bəzi öhdəliklərindən imtina edəcəyi barədə Tehranda səslənən bəyanatın "dərin narahatlıq" doğurduğunu bildiriblər.

"Biz İranı Birgə Əhatəli Fəaliyyət Planı (BƏFP) üzrə öhdəliklərini, indiyədək olduğu kimi, tam şəkildə yerinə yetirməkdə davam etməyə və gərginliyi artıran hər hansı addımdan çəkinməyə səsləyirik".

ABŞ nə istəyir?

Cənab Trum sazişin yenidən müzakirə edilməsini və onun daha da genişləndirilməsini istəyir.

Məqsəd isə İranın ballistik raket proqramını və Yaxın Şərqdəki münaqişədə iştirakını məhdudlaşdırmaqdır.

İran isə israr edir ki, razılaşma yenidən müzakirə edilə bilməz.

Milli.Az