Azərbaycan "Doing Business-2012" renkinqində 3 pillə irəliləyib
20 Oktyabr 2011 10:37
Azərbaycan Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan "Doing Business-2012" ölkələrin biznes mühiti üzrə renkinqində 183 ölkə arasında 66-cı yeri tutur.
"APA-ECONOMICS"in məlumatına görə, birinci yerdə Sinqapur qərarlaşıb.
Bu renkinq 11 müxtəlif göstəriciləri üzrə hazırlanıb. Göstəricilərin sırasında şirkətlərin açılması və bağlanması, müxtəlif icazələrin alınması prosesləri, məşğulluq bazarın vəziyyəti, vergi rejimi, kreditlərin alınması prosesi, xarici ticarət rejimi kimi amillər yer alıb.
Qeyd edək ki, "Doing Business-2011" renkinqində Azərbaycan 69-cu yerdə olub.
Milli.Az