Ermənistan mətbuatı: Paşinyanın reytinqi düşür

10 May 2019 16:55

Ermənistanın Milli Təhlükəsizlik Xidməti baş nazir Nikol Paşinyanın reytinqinin müəyyən edilməsi üçün yeni rəy sorğusu keçirib.

Milli.Az bildirir ki, Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, baş nazirin reytinqində yeni antirekord qeydə alınıb.

Rəy sorğularına əsasən, N.Paşinyanın reytinqi 34 faizədək azalıb.

3 ay əvvəl keçirilmiş rəy sorğusunun yekunlarına əsasən, erməni baş nazirinin reytinqi 36 faiz təşkil edirdi.

Milli.Az