Harri Keyn finalda oynayacaq?

9 May 2019 15:19

"Tottenhem"in zədəli futbolçusu Harri Keyn Çempionlar Liqasının finalında "Liverpul"la matçda oynaya bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə ingilis hücumçu "BBC"yə açıqlamasında deyib: "Müalicəm yaxşı gedir. Qaçışlara başlamışam. Zədəli olduğum müddətdə "Mançester Siti" və "Ayaks"ı məğlub etdik. Finalda oynamaq üçün özünü sübut etməliyəm".

Qeyd edək ki, "Liverpul" və "Tottenhem" arasında keçiriləcək final görüşü iyunun 1-i keçiriləcək.

Milli.Az