“YouTube” ulduzu 10 il həbs cəzasına məhkum edildi

9 May 2019 22:05

Məhkəmə blogger, "YouTube" ulduzu Ostin Consa (Austin Jones) müxtəlif seksual cinayətlər, o cümlədən uşaq pornoqrafiyasına görə yekun hökmünü oxuyub.

Milli.Az facemark.az-a istinadən bildirir ki, bu barədə "Chicago Tribune" nəşri yazıb.

Qeyd edilir ki, məhkəmənin uzunsürən dinləmələrindən sonra, 26 yaşlı Consu 10 il il həbs cəzasına məhkum edib.

Hökmün çıxarlması zamanı bloggerin əsməsi, jurnalistlərin diqqətindən yayınmayıb.

2015-ci ilin mayın 10-da musiqi veb-saytı deyirdi ki, Ostin Cons bir sıra həddi-buluğa çatmamış uşaqlar ilə onlayn ünsiyyət qururdu və onları kamera qarşısında müxtəlif seksual hərəkətlər etməyə məcbur edirdi.

Xatırlatmaq yerinə düşər ki, Consun "YouTube"da videolarına baxış sayı 20 milyon olub. Blogger platformada 2007-ci ildən 2017-ci ilə - həbsinə qədər aktiv olub.

Milli.Az