“YouTube”dan istifadə edənlərin sayı açıqlandı

9 May 2019 21:05

"YouTube" videohostinqi istifadəçilərin sayını açıqlayıb. Son illərdə daha da populyar hala gələn "YouTube" açıqladığı hesabata görə, platformanın istifadəçi sayı sürətlə böyüməyə davam edir.

Milli.Az facemark.az-a istinadən bildirir ki, "YouTube"un baş icraçı direktoru (CEO) Susan Wojcickinin paylaşdığı rəqəmlərə görə, platforma aylıq 2 milyard istifadəçiyə yüksəlib.

Bu say sadəcə videohostinqdə hesab açan istifadəçilərin sayını əhatə edir. Ötən ilin eyni dövründə istifadəçilərin sayı 1,8 milyard nəfər idi. Bu məlumatlara, əsasən belə qənaətə gəlmək olar ki, platforma təxminən 200 milyon aktiv istifadəçi qazanıb.

Milli.Az