“Uşağı görəndə düşündüm ki, Tolgahanı dünyaya gətirmişəm”

8 May 2019 20:44

Bir neçə gün bundan əvvəl uşaqları dünyaya gələn məşhur cütlük - aktyor Tolgahan Sayışman  və müğənni Almeda Abazi xəstəxana çıxışında görüntülənib. 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, onlar ilk dəfə oğlanları Efecanı media qarşısına çıxarıblar. Abazi KİV nümayəndələrinə açıqlamasında həyəcanlı olduğunu bildirib.

"Çox xoşbəxtəm, elə bil buludların üstündəyəm. Uşağı ilk dəfə görəndə düşündüm ki, Tolgahanı dünyaya gətirmişəm. Ona da bunu dedim. Elə bil qucağıma balaca Tolgahanı verdilər. Hətta, qan qrupları belə eynidir"- deyə Almeda qeyd edib. 

Aktyor isə "Çətin bir doğuş prosesi oldu. Çox şükür ki, ikisi də yaxşıdır. Bütün qadınlara, analara hörmətim bir daha artdı" söyləyib.

Milli.Az